Belçika
Belçika Krallığı
Dövlət başçısı: Əlahəzrətləri Kral Filip
Baş Nazir: xanım Sofi Vilmes
Senatın Sədri: xanım Sabin Lorel
Nümayəndələr Palatasının Sədri: cənab Patrik Deval
Xarici İşlər naziri: cənab Filip Qofən
Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri: cənab Fuad İsgəndərov
Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri: cənab Bert Sufs
Azərbaycan Respublikasının Səfirliyinin rəsmi saytı: http://brussels.mfa.gov.az/
İkitərəfli münasibətlər
Belçika Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci ildə qurulmuşdur.
Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi 1995-ci ildə açılmışdır.
Belçika Krallığının Azərbaycandakı Səfirliyi fəaliyyətə 2007-ci ildə başlamışdır.
Hazırda ikitərəfli münasibətlərdə dinamik inkişaf müşahidə olunur. Dövlət başçıları, hökumət başçıları, parlament sədrləri və üzvləri, nazirlər və müxtəlif dövlət strukturlarının rəhbərləri səviyyəsində qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin inkişafında mühüm amil olmuşdur.
İndiyədək Azərbaycan tərəfindən Belçikaya 14 Prezident səfəri (işgüzar), 1 Parlament Sədri, və 13 (işgüzar) Xarici İşlər naziri səviyyəsində səfərlər baş tutmuşdur.
Belçika tərəfindən Azərbaycana Parlament Sədri, Baş Nazir və Xarici İşlər naziri səviyyəsində rəsmi səfərlər həyata keçirilmişdir.
2017 və 2019-cu illərdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Belçika Kralı Əlahəzrətləri Filip arasında görüşlər keçirilmişdir.
2016-cı ildə Bakıda və 2018-ci ildə Brüsseldə Azərbaycan və Belçika XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir.
Mədəni-humanitar əməkdaşlıq
Azərbaycan və Belçika arasında regionlar səviyyəsində sıx əlaqələr qurulmuşdur. Ölkəmizin müxtəlif şəhər və rayon icra başçıları 2007, 2010, 2011 və 2014-cü illərdə Belçikaya səfərlər etmişlər. Belçikanın Vaterlo, Lommel, Antverpen və Ham şəhərləri ilə enerji, iqtisadi, mədəni və idman sahələrində əməkdaşlıq mövcuddur. Lommel şəhəri ilə İmişli şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Belçikanın Vaterlo şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın abidəsi, Ham şəhərində “Qarabağ Atı” abidəsi, eləcə də Lommel şəhərində Azərbaycan idmançılarının şərəfinə xatirə lövhəsi ucaldılmışdır.
2019-cu ilin may ayında Belçikada “Qarabağ” muğam qrupunun iştirakı ilə Azərbaycan Muğamı Günləri keçirilmişdir.
Parlamentlərarası münasibətlər
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu vardır. Qrupun rəhbəri Kamal Cəfərovdur.
Parlamentlərarası İttifaqda Belçika Qrupunun Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan üzrə ikitərəfli bölməsi mövcuddur ki, bu qrup Belçika Federal Parlamentində müvafiq ölkələr üzrə dostluq qrupu kimi fəaliyyət göstərir. Qrupun sədri Tim Vandenputdur.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında aşağıdakı 7 sənəd imzalanmışdır.
Azərbaycan və Belçika arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)
İl |
Ticarət dövriyyəsi |
İdxal |
İxrac |
2015 |
93 167,55 |
80 139,39 |
13 028,16 |
2016 |
61 457,27 |
55 002,48 |
6 454,79 |
2017 |
75 290,48 |
62 032,31 |
13 258,17 |
2018 |
65 400,27 |
56 196,06 |
9 204,21 |
2019 |
77 508,27 |
70 972,76 |
6 535,51 |
2020 yanvar-iyul |
29 190,09 |
28 153,69 |
1 036,40 |
Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
19 Belçika şirkəti Azərbaycanda enerji sektorunda, habelə ticarət, tikinti, rabitə, xidmət, sənaye, sağlamlıq, nəqliyyat sahələrində fəaliyyət göstərir.
Belçikanın “Fluxsys” şirkəti Cənub Qaz Dəhlizinin vacib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində 19% payla təmsil olunur.
Tikinti sahəsində ixtisaslaşan “Besix” şirkəti Azərbaycanda irimiqyaslı layihələrin, o cümlədən Dövlət Neft Fondunun yeni inzibati binasının inşasında iştirak etmişdir.
Səhiyyə sahəsində “Healthcare Belgium” qurumu ilə “Orfit İndustries” şirkəti Bakıda “Bona Dea” xəstəxanasının tikilməsi sahəsində ölkəmizlə sıx əməkdaşlıq etmişlər.
- ABŞ
- Albaniya
- Almaniya
- Andorra
- Anqola
- Argentina
- Avstriya
- Avstraliya
- Banqladeş
- Belarus
- Belçika
- Benin
- BƏƏ
- Bəhreyn
- Birləşmiş Krallıq
- Boliviya
- Bolqarıstan
- Bosniya və Herseqovina
- Braziliya
- Bruney-Darüssalam
- Burkina Faso
- Burundi
- Butan
- Cənubi Afrika Respublikası
- Cənubi Sudan
- Cibuti
- Çad
- Çexiya
- Çili
- Çin
- Danimarka
- Efiopiya
- Ekvatorial Qvineya
- Eritreya
- Estoniya
- Esvatini
- Əfqanıstan
- Əlcəzair
- Fələstin Dövləti
- Fici
- Filippin
- Finlandiya
- Fransa
- Gürcüstan
- Hindistan
- Honduras
- Xorvatiya
- İndoneziya
- İordaniya
- İraq
- İran
- İrlandiya
- İslandiya
- İspaniya
- İsrail
- İsveç
- İsveçrə
- İtaliya
- Kabo-Verde
- Kamboca
- Kamerun
- Kanada
- Keniya
- Kolumbiya
- Konqo DR
- Koreya Respublikası
- Kosta Rika
- Kot-d’İvuar
- Kuba
- Küveyt
- Qabon
- Qambiya
- Qana
- Qazaxıstan
- Qəmər Adaları
- Qətər
- Qırğızıstan
- Qvatemala
- Qvineya
- Qvineya-Bisau
- Laos Xalq Demokratik Respublikası
- Latviya
- Lesoto
- Liberiya
- Lixtenşteyn
- Litva
- Livan
- Liviya
- Lüksemburq
- Macarıstan
- Madaqaskar
- Malavi
- Malayziya
- Maldiv
- Mali
- Malta
- Mavriki
- Mavritaniya
- Meksika
- Mərakeş
- Misir
- Moldova
- Monako
- Monqolustan
- Monteneqro
- Mozambik
- Müqəddəs Taxt-Tac
- Myanma
- Namibiya
- Nepal
- Niderland
- Niger
- Nigeriya
- Nikaraqua
- Norveç
- Oman
- Özbəkistan
- Panama
- Pakistan
- Paraqvay
- Peru
- Polşa
- Portuqaliya
- Ruanda
- Rumıniya
- Rusiya Federasiyası
- San Marino
- San-Tome və Prinsipi
- Seneqal
- Serbiya
- Seyşel Adaları
- Səudiyyə Ərəbistanı
- Sinqapur
- Slovakiya
- Sloveniya
- Sudan
- Suriya
- Syerra-Leone
- Şimali Makedoniya
- Koreya Xalq Demokratik Respublikası
- Şri Lanka
- Tacikistan
- Tanzaniya
- Tayland
- Toqo
- Tunis
- Türkmənistan
- Türkiyə
- Ukrayna
- Uqanda
- Uruqvay
- Venesuela
- Vyetnam
- Yaponiya
- Yeni Zelandiya
- Yəmən
- Yunanıstan
- Zambiya
- Zimbabve