Bruney

Waving Flag of Brunei (Animated Gif)

Bruney-Darüssalam

Dövlət başçısı, Baş Nazir, Xarici İşlər naziri: Əlahəzrət Hacı Həssənal Bolkiah

Azərbaycan Respublikasının Bruney-Darüssalamda səfiri: cənab Qaley Allahverdiyev

 

İkitərəfli münasibətlər

24 noyabr 1995-ci il tarixində Bruney-Darüssalam ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr  yaradılmışdır.

7-8 dekabr 2005-ci il tarixlərində Məkkədə keçirilmiş İKT (İƏT) Dövlət və hökumət başçılarının növbədənkənar III Zirvə Toplantısı zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bruney Sultanı Hacı Həssənal Bolkiah ilə görüşmüşdür.

13-15 oktyabr 2009-cu il tarixlərində Bakı şəhərində “Bakı–İslam mədəniyyətinin paytaxtı -2009 “ mədəniyyət ili çərçivəsində İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransı keçirilmişdir. Konfransda Bruneyin Mədəniyyət, Gənclər və İdman naziri Hazair Bin Abdullahın başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

7-9 aprel 2011-ci il tarixlərində Bakı şəhərində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Forumda Bruneyin mədəniyyət, gənclər və idman naziri Hazair Bin Abdullahın başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2014-cü ilin 20 mart tarixində Azərbaycan Respublikasının Bruneydəkı səfiri (iqamətgahı Kuala Lumpur şəhərində olmaqla) Qaley Allahverdiyev etimadnaməsini Bruney Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təqdim etmişdir.

2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Bruney Xarici İşlər və Ticarət Nazirliyinin 2-ci naziri Lim Cok Senqin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Forum çərçivəsində nazir Lim Cok Senq Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür.

 

Yüksək səviyyəli səfərlər

Xarici İşlər nazirləri

18-20 mart 2006-cı il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Bruneydə rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində E. Məmmədyarov Bruney Sultanı Həssənal Bolkiah, Xarici İşlər və Ticarət naziri Şahzadə Məhəmməd Bolkiah, Energetika naziri Nacı Avanq Yahya, Xarici İşlər və Ticarət Nazirliyinin 2-ci naziri Lim Cok Senq, Sənaye və Əsas Ehtiyatlar nazirinin müavini Hambullah H.A.Vahab və İqtisadi İnkişaf Palatası İdarə heyətinin sədri C.Perri ilə görüşmüşdür.

19-21 iyun 2006-cı il tarixlərində Bakıda keçirilən İKT (İƏT) Xarici İşlər Nazirlərin 33-cü Konfransında Bruneyin Xarici İşlər və Ticarət naziri Şahzadə Məhəmməd Bolkiahın başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Səfər çərçivəsində Məhəmməd Bolkiah Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsinin, ixracın və idxalın həcmi (min ABŞ dolları)

   İllər

Ticarət dövriyyəsinin həcmi

İxrac

İdxal

2014

3.84

3.7

0,14

2015

224.93

224.6

0,33

2016

3.65

3.6

0

2017

90

90

0

2018

64.2

64.2

0

2019

27.33

26.06

1.27

 

Arxiv üzrə axtarış

xin diplomatic service