Kolumbiya
Kolumbiya Respublikası
Prezident: Zati-aliləri cənab Ivan Duke Markez
Vitse-prezident: xanım Marta Lusiya Ramirez Blanko
Xarici İşlər naziri: cənab Karlos Xolmes Truxilyo
Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Luis Antonio Dimate Cardenas
İkitərfli münasibətlər
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlər 12 dekabr 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi, eyni zamanda Kolumbiya Respublikasında akkreditə olunmuşdur.
2014-cü ilin 1 aprel tarixindən etibarən Azərbaycan Respublikasının Kolumbiya Respublikasında diplomatik nümayəndəliyi fəaliyyət göstərir.
2014-cü ilin 10 yanvar tarixindən etibarən Kolumbiya Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyət göstərir. 2018-ci ilin 14 dekabr tarixində Luis Antonio Dimate Kardenas Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilib.
24-26 iyul 2012-ci il tarixlərində AR Xarici İşlər naziri Elmar Məmmədyarovun Kolumbiya Respublikasında işgüzar səfəri çərçivəsində tərəflər arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilmişdir.
30 sentyabr-2 oktyabr 2012-ci il tarixlərində Kolumbiya Xarici İşlər nazirinin müavini Monika Lanzettanın Bakıya səfəri çərçivəsində tərəflər arasında siyasi məsləhətləşmələrin ikinci raundu keçirilmişdir.
8 iyul 2013-cü il tarixində Kolumbiyanın Xarici İşlər naziri Maria Anxela Olginin Azərbaycana səfəri çərçivəsində tərəflər arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilmişdir.
23-26 iyun 2015-ci il tarixlərində Kolumbiyanın Medellin şəhərində keçirilmiş BMT-nin Dövlət Xidmətləri Forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iştirak etmişdir.
1 sentyabr 2016-cı il tarixində Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Xuan Qillermo Kastro Benetti Azərbaycan Respublikasına səfər etmişdir.
29-30 may 2017-ci il tarixlərində AR Xarici İşlər naziri Elmar Məmmədyarovun Kolumbiya Respublikasına rəsmi səfəri çərçivəsində tərəflər arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilmişdir.
Yüksək səviyyəli səfərlər
Xarici İşlər nazirləri
24-26 iyul 2012-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına işgüzar səfər etmişdir.
8 iyul 2013-cü il tarixində Maria Anxela Olgin Kolumbiya Respublikasının Xarici İşlər naziri Azərbaycanda səfərdə olmuşdur.
29-30 may 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfər etmişdir.
16 iyun 2017-ci iltarixində Maria Anxela Olgin Kolumbiya Respublikasının Xarici İşlər naziri Azərbaycanda səfərdə olmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qrupu və Kolumbiya Respublikasının Senatında Kolumbiya-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir.
29-30 sentyabr 2016-cı il tarixlərində Kolumbiya Respublikası Senatının birinci vitse-prezidenti xanım Daira de Xezus Galvis Mendes, senatorlar xanım Teresita Qarsia Romero və xanım Maritza Martines Aristizabal Bakıda keçirilən V Qlobal Humanitar Forumda iştirak etmək üçün ölkəmizə səfər etmişdirlər.
28 mart 2012-ci il tarixində Kolumbiya Konqresi tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "Azərbaycan ərazisinin qanunsuz işğal edilməsi" adlı qətnamə qəbul edilmişdir.
2013-cü ilin 30 iyul tarixində Kolumbiya Konqresinin Nümayəndələr Palatasının xarici işlər və milli müdafiə məsələləri üzrə İkinci komitəsi tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair müvafiq sənəd (proposition) qəbul edilmişdir.
20 fevral 2017-ci il tarixində Kolumbiya Konqresinin Senatının İkinci Komitəsi (xarici əlaqələr, təhlükəsizlik və milli müdafiə üzrə Komitə) tərəfindən Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar sənəd (Constansia) qəbul edilmişdir.
2018-ci ilin dekabr ayında Kolumbiya Konqresinin Senatının İkinci Komitəsi tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edilmişdir.
Humanitar sahədə əməkdaşlıq
15 sentyabr 2013-cü il tarixindən Kolumbiya Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşları üçün ilk ispan dili kursları təşkil edilmişdir. Sözügedən kurslar mütəmadi hər il təşkil edilməkdədir.
26 aprel-1 may 2013-cü il tarixlərində Heydər Əliyev Fondunun rəsmiləri İlqar Mustafayev və Qərənfil Həsənova Kolumbiyada işgüzar səfərdə olmuşlar.
14 may 2013-cü il tarixində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Kolumbiyanın “Fundacion Delirio” rəqs kollektivinin “Hecho en Cali” rəqs qrupunun konserti keçirilmişdir.
16 Mart 2016-cı il tarixində Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin Kolumbiyadakı nümayəndəliyi tərəfindən El Boske Universitetində “Azərbaycan: tarixdən müstəqilliyə doğru” adlı geniş təqdimat keçirilmişdir.
14-26 noyabr 2016-cı il tarixlərində Kolumbiya və Azərbaycan arasında həyata keçirilən birgə idman mübadiləsi layihəsi çərçivəsində, Kolumbiyanın gənc qızlardan ibarət voleybol komandası ölkəmizdə keçirilən birgə təlim-məşq proqramında iştirak etmişdir.
08 aprel 2019-cu il tarixində Kolumbiyanın Eksternado Universitetinde “Türkiyə - Qafqaz (Azərbaycan) Araşdırma Mərkəzi” təsis edilmişdir.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 5 sənəd imzalanmışdır.
Azərbaycan və Kolumbiya arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)
İllər üzrə |
Ticarət dövriyyəsi |
İdxal
|
İxrac
|
2013-cü il |
796.2 |
785.8 |
1.4 |
2014-cü il |
112.2 |
111.3 |
0.9 |
2015-ci il |
522.3 |
486.1 |
54.2 |
2016-cı il |
268.9 |
160.9 |
108 |
2017-ci il |
445.97 |
374.73 |
71.24 |
2018-ci il |
734.04 |
656.49 |
77.55 |
Mənbə: AR Dövlət Statistika Komitəsinin məlumatına əsasən.
Kolumbiyadan Azərbaycana idxalda aşağıdakı məhsullar üstünlük təşkil etmişdir:
- meyvə;
- güllər;
- qəhvə;
Azərbaycandan Kolumbiyaya ixracda aşağıdakı məhsullar üstünlük təşkil etmişdir:
- Kilim, sumax, kermani və analoji əl işi xalçaları;
- Hazır və hazır olmayan xovlu örtüklər;
- Atletik inventar və avadanlıqlar.