Ukrayna

Waving Flag of Ukraine (Animated Gif)

Ukrayna

 

Prezident: Zati-aliləri cənab Vladimir Zelenski

Baş nazir: cənab Denis Şmıqal

Ali Radanın Sədri: cənab Dmitri Razumkov

Xarici İşlər naziri: cənab Dmitri Kuleba

Azərbaycan Respublikasının Ukraynadakı səfiri: xanım Elmira Axundova

Ukraynanın Azərbaycan Respublikasındakı səfiri: cənab Vladislav Kanevski

Azərbaycan Respublikasının Səfirliyinin Rəsmi internet səhifəsi:  http://kiev.mfa.gov.az

 

İkitərəfli münasibətlər

Ukrayna ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 6 fevral 1992-ci il tarixində qurulmuşdur. Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi 1997-ci il 17 mart tarixində, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi 1996-cı il 05 may tarixində açılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2014-cü il tarixli sərəncamı ilə cənab Əfqan Salmanov Ukraynanın Xarkov şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilmişdir.

Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər pozitiv inkişaf dinamikasına malikdir. Ölkə başçıları, hökumət rəhbərləri, parlament sədrləri və üzvləri, nazirlər, müxtəlif dövlət qurumlarının rəhbərləri səviyyəsində həyata keçirilmiş qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin inkişafında vacib amil olmuşdur.

Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1995-ci il tarixindən fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərçivəsində 22 may 2008-ci il tarixində “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması, 28 aprel 2011-ci il tarixində isə “Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı barədə Birgə Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərdə mühüm hadisə olmuşdur.

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Ukraynaya səfəri: 17-18 noyabr 2013-cü il

Ukrayna Prezidenti cənab Petro Poroşenkonun Azərbaycana səfəri: 14 iyul 2016-cı il

Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elnar Məmmədyarovun Ukraynaya səfəri: 5-6 dekabr 2013-cü il

Ukraynanın xarici işlər naziri cənab Leonid Kojaranın 7-9 iyul 2013-cü il və cənab Pavel Klimkinin 2-3 oktyabr 2017-ci il tarixlərində Azərbaycana səfərləri

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Ukrayna arasında 134 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq Ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

İdxal

İxrac

 Ticarət dövriyyəsi

2014

420

48

468

2015

310

23

333

2016

290

44

334

2017

460

350

810

2018

470

359

829

2019 (yanvar-iyul)

259

270

529

 

İdxalda əsas məhsullar: hava və qaz kompressorları, ventilyasiya qurğuları, vakum nasosları, neft və qaz quyularının qazılması üçün borular, neft-qaz kəməri boruları, təyyarələr və uçan aparatlar, onların hissələri, dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar, soyuducular, natrium və kalium bromidləri, şokolad məmulatları, az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə və tütün üstünlük təşkil edir.

İxracda əsas məhsullar: yanacaq, benzin, neft məhsulları, fındıq, bitki mənşəli məhsullar, meyvə və tərəvəz şirələri üstünlük təşkil edir.

Azərbaycan-Ukrayna Birgə Komissiyası 17 iyul 1993-cü il tarixində yaradılmışdır. Komissiyanın sonuncu, 11-ci iclası 30 iyun - 1 iyul 2016-cı il tarixlərində Bakı şəhərində keçirilmişdir. Azərbaycan tərəfindən Komissiyasının həmsədri energetika naziri Pərviz Şahbazov, Ukrayna tərəfindən isə energetika və kömür sənayesi naziri İqor Nasalikdir.

21-22 iyun 2018-ci il tarixlərində AR-in İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynada Azərbaycan Ticarət Evinin açılış mərasimində iştirak etmişdir.

Ukraynada Azərbaycan-Ukrayna Sahibkarları və Sənayeçiləri Cəmiyyəti fəaliyyət göstərir.

Arxiv üzrə axtarış

xin diplomatic service