Tayland

Waving Flag of Thailand (Animated Gif)

Tayland Krallığı

Dövlət başçısı: Əlahəzrət Kral Maha Vaçiralonqkorn

Baş Nazir: cənab Prayut Çan-o-ça

Senatın Sədri: cənab Pornpet Viçitçolaçay

Milli Assambleyanın Sədri, Nümayəndələr Palatasının sədri: cənab Çuan Likpay

Xarici İşlər naziri: cənab Don Pramudvinay

Azərbaycan Respublikasının Tailand Krallığında səfiri: cənab Qaley Allahverdiyev (iqamətgahı Kuala-Lumpur şəhəri olmaqla)

Tailand Krallığının Azərbaycan Respublikasında səfiri: xanım Fantifa Yamsudha Yekarohit

 

İkitərəfli münasibətlər

1992-ci ilin 7 iyul tarixində Azərbaycanla Tailand Krallığı arasında diplomatik münasibətlər qurulmuşdur.

2009-cu ilin 30 oktyabr tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin fəaliyyətinin təmin edilməsi barədə Sərəncam imzalamışdır.

2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Tailand Krallığının Xarici İşlər nazirinin köməkçisi Çaisiri Anamarnın başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2016-cı ilin 6 sentyabr tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Q. Allahverdiyev iqamətgahı Kuala Lumpur şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

2017-ci ilin 14-15 avqust tarixlərində Tailand Şahzadəsi Maha Chakri Sirindhorn onu müşayiət edən Tailand Krallığının səfiri Suvat Chirapantın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda rəsmi səfərdə olmuşdur.

2017-ci ilin 26 noyabr tarixində səfir Q. Allahverdiyev etimadnaməsini Kral Maha Vaçiralonqkorna təqdim etmişdir.

2018-ci ilin 5-6 aprel tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransında Tailand Krallığının Xarici İşlər nazirinin müşaviri Çaisiri Anamarn iştirak etmişdir.

2018-ci ilin 29-30 sentyabr tarixlərində Tailandın Mədəniyyət naziri Vira Rojpojçanarat Azərbaycana səfər etmişdir.

2019-cu ilin 3 mart tarixində Tailand Krallığının iqamətgahı Türkiyə Respublikasında olmaqla, eyni zamanda Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri xanım Fantifa Yamsudha Yekarohit etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdir.

 

Yüksək səviyyəli səfərlər

2006-cı ilin 19-21 iyun tarixində Bakıda keçirilən İKT (İƏT) Xarici İşlər Nazirlərin 33-cü Konfransında Tailandın Xarici İşlər naziri Kantati Sufamonqkonun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Səfər çərçivəsində Kantati Sufamonqkon AR Xarici İşlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür.

 

Humanitar sahədə əməkdaşlıq

7-9 aprel 2011-ci il tarixlərində Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Forumda Tailandın Mədəniyyət naziri Nipit İntarasombutun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. Bakı, 19 iyun 2006-cı il.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsinin, ixracın və idxalın həcmi (min ABŞ dolları)

İllər

İdxal

İxrac

Ticarət dövriyyəsi

2014

869805.14

839912.24

29892.90

2015

282989.87

259115.75

23874.12

2016

126555.70

101118.37

25437.33

2017

134601.28

109405.90

29195.38

2018

184184.71

142054.01

42130.70

2019

408318.48

359698.09

48620.39

 

Arxiv üzrə axtarış

xin diplomatic service