Xələf Alı oğlu XƏLƏFOV

 

21 sentyabr 1959-cu ildə Ermənistan SSR-də anadan olmuşdur.

1977-1982-ci illərdə Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə təhsil almışdır.

1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müfəttiş, bölmə rəisi vəzifəsində çalışmışdır.

1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almışdır (aspirantura).

1991-1992-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin ikinci katibi vəzifəsində işləmişdir.

1992-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-hüquq Şöbəsinin müdiri, Müqavilə-hüquq İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

1997-2018-ci illərdə Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini vəzifəsində çalışmışdır.

2018-2019-cu illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində işləmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 may 2019-cu il tarixli Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir.

12.01.2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 17.09.2009-cu ildə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adına, 2009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeninə, 27.12.2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə, 09.07.2019-cu ildə İkinci dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 20.09.2019-cu ildə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına, 21.09.2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.

Evlidir, iki övladı var.




Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti