2019-11-28
No:379/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla görüşdü

Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Slovakiyanın Xarici İşlər və Avropa naziri Miroslav Layçakla təkbətək formatda görüş keçirib.
Görüşün sonunda nazir Elmar Məmmədyarov Slovakiyalı həmkarı  M.Layçaka  “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medalını təqdim edib.

Slovakiya naziri, öz növbəsində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazdı.

 

növbəti xəbər əvvəlki xəbər