2019-09-26
No:285/19, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşdü

Nazir Elmar Məmmədyarov Mariya P.Buriçi Avropa Şurasının (AŞ) Baş katibi seçilməsi münasibətilə təbrik etdi və hazırkı vəzifəsində Azərbaycana səfər etməyə dəvət etdi.

Görüşdə Azərbaycanın Avropa Şurası və onun institutları ilə əməkdaşlıq məsələləri dair fikir mübadiləsi aparıldı və mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinə razılıq ifadə edildi.

Nazir Elmar Məmmədyarov AŞ Baş katibinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə  Xarici İşlər nazirləri arasında Nyu Yorkda keçirilmiş son görüş barədə məlumat verdi. Bu xüsusda, münaqişənin tezliklə sülh yolu ilə həlli, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini vurğulandı.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində müzakirələr aparıldı.


növbəti xəbər əvvəlki xəbər