2019-09-04
No:240/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Xorvatiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Nazir Elmar Məmmədyarov Xorvatiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Branko Zebiçi qəbul etdi.

Görüşdə tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd etdilər.

Səfir Branko Zebiç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi. 

Nazir Elmar Məmmədyarov Xorvatiyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzuladı. 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.

növbəti xəbər əvvəlki xəbər