2019-07-05
No:194/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Peru Konqresinin sədri ilə görüşüb

Nazir Elmar Məmmədyarov Peru Respublikasına işgüzar səfəri çərçivəsində Peru Konqresinin sədri Daniel Enrique Salaverry Villa ilə görüşdü.

Görüş zamanı nazir Elmar Məmmədyarov Peru parlamentinin Xocalı soyqırımı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi bəyanatlarda ifadə etdiyi ədalətli mövqeyinə görə təşəkkürünü bildirdi, ölkəmizlə Peru arasında parlament diplomatiyasının inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Öz növbəsində, Konqresin sədri və görüşdə iştirak edən Konqresin Mədəniyyət Komitəsinin sədri və Peru-Azərbaycan dostluq qrupunun sədri, konqresmen Dalmiro Palomino Ortiz, konqresmen Xuan Karlos del Aqila və dostluq qrupunun üzvü, konqresmen Viktor Andres Garcia Belaunde Azərbaycana səfərləri haqqında xoş təəssüratlarını bölüşərək, ölkəmizin inkişafı, dünyada mədəniyyətlərarası dialoqun inkişafı sahəsində töhfəsini yüksək qiymətləndirdilər.

Görüşdə, həmçinin Azərbaycanın Peru və ümumilikdə Latın Amerikası ilə münasibətlərinin müxtəlif sahələrini əhatə edən səmərəli müzakirələr aparıldı.

növbəti xəbər əvvəlki xəbər