2019-06-26
No:184/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Yuris Maklakovsu fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Görüşdə Azərbaycan və Latviya arasında siyasi, iqtisadi, ticarət  və digər sahələrdə əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. 

Səfir Yuris Maklakovs diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirərək, fəaliyyət ərzində yüksək səviyyəli rəsmilərin səfər mübadiləsinin həyata keçirildiyini, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalandığı, yerli özünüidarəetmə səviyyəsində 15 müqavilənin imzalandığı, tvinninq layihələrinin həyata keçirildiyini və s. xüsusilə qeyd etdi.

Tərəflər iqtisadi, turizm, kənd təsərrüfatı, tranzit kimi sektorlarda hələ reallaşdırılmamış potensialın mövcud olduğunu ifadə edərək, bu istiqamətlərdə gələcəkdə əməkdaşlığın genişləndirilməsi zərurətini vurğuladılar.

Nazir Elmar Məmmədyarov səfir Yuris Maklakovsa gələcək fəaliyyətində uğurlar arzu etdi.

 

növbəti xəbər əvvəlki xəbər