2019-06-25
No:183/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının səfiri Marek Tsalkanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqla danışdılar. Azərbaycan və Polşa arasında həyata keçirilən yüksək səviyyəli səfərlər mübadiləsinin ölkələr arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə müsbət təkan verdiyi vurğulandı.

Səfir Marek Tsalka Polşa Respublikasının beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini vurğulayaraq, ölkəsinin Azərbaycan Respublikasının beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha ifadə etdi.    

Görüş zamanı tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi apardılar.

Nazir Elmar Məmədyarov səfir Marek Tsalkenin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi. O, Polşa səfirinə gələcək diplomatik fəaliyyətində uğurlar arzu etdi.

növbəti xəbər əvvəlki xəbər