2019-06-19
No:174/19, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşdü

Vaşınqtona işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşü baş tutub.

Görüşdə tərəflər bir sıra məsələlər üzrə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin cari mərhələsi və substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları ətrafında intensiv və uzun fikir mübadiləsi aparıblar.

ABŞ və Azərbaycan arasında mövcud olan ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələlər, eləcə də iqtisadi əlaqələr və həyata keçirilən təşəbbüslər, enerji və nəqliyyat sahəsində rellaşdırılan layhələr, habelə Avropaya qaz təminatının şaxələndirilməsi üzrə əlavə imkanları tərəflər arasında müzakirə edilib.

Görüşdə, həmçinin geniş Yaxın Şərq bölgəsində mövcud olan vəziyyət, eləcə də qlobal gündəlikdə duran qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

 

növbəti xəbər əvvəlki xəbər