2019-05-02
No:127/19, Xarici işlər naziri Elmar Məmmədyarov ilə İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Yusef bin Ahmad Al-Otaimin arasında görüş keçirildi

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Yusef bin Ahmad Al-Otaimin ilə görüşü keçirildi.

İƏT Baş katibi V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını məmnunluqla qeyd etdi. Forumun dünyada sülh, təhlükəsizlik və rifahın təmin olunmasına töhfə baxımından önəmli platforma olduğunu bildirdi.

Nazir Elmar Məmmədyarov forumun rəsmi açılışında Baş katibin çıxışına istinad edərək, mədəniyyətlərarası dialoq, müasir dünyanın üzləşdiyi hədə və təhdidlər, o cümlədən islamafobiya kimi məsələlərin cavablandırılmasına dair İƏT-in yanaşması ilə bölüşdüyü üçün Baş katibə təşəkkür etdi.

Tərəflər İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi apardı. Həmçinin qarşıdan gələn İƏT zirvə görüşünə hazırlıq məsələləri müzakirə edildi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

növbəti xəbər əvvəlki xəbər