2019-04-09
No:104/19, XİN-in Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Monteneqronun yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Monteneqronun Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Zelko Raduloviçi qəbul edib.

Pərvin Mirzəzadə Z.Raduloviçə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu etdi.

Monteneqronun Azərbaycanda diplomatik nümayəndəliyinin fəaliyyətə başladığını qeyd edən montereqtolu diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirdi. Bu xüsuda, o, Monteneqro Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəliyin açılması ilə bağlı məktubunu səfir P.Mirzəzadəyə təqdim etdi.

Görüşdə Azərbaycan və Monteneqro arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
növbəti xəbər əvvəlki xəbər