2019-03-14
No:080/19, Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında siyasi məsləhətləşmələr keçirildi

13 mart 2019-cu il tarixində Azərbaycan Respublikası və Kamboca Krallığı arasında Pnompen şəhərində siyasi məsləhətləşmələr keçirildi. Azərbaycan nümayəndə həyətinə xarici işlər nazirinin müavini cənab Ramiz Həsənov, Kamboca nümayəndə həyətinə isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Oç Borit rəhbərlik etdilər.

Görüşdə tərəflər ikitərəfli münasibətlərin müxtəlif sahələri üzrə mövcud vəziyyəti müzakirə etdilər və bu xüsusda, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində həyata keçirilməsi zəruri olan addımlara dair fikir mübadiləsi apardılar.

Həmçinin görüş zamanı tərəflər iki ölkə arasında siyasi dialoqun aktivləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın genişləndirilməsi, habelə qarşılıqlı faydalı iqtisadi ticarət əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılmalı addımlar ətrafında fikir mübadiləsi apardılar.

növbəti xəbər əvvəlki xəbər