2019-03-12
No:077/19, AR XIN-in mətbuat katibi Ermənistan Baş nazirinin bu ölkənin Təhlükəsizlik Şurasının Xankəndidə keçirilən iclasında iştirakı ilə bağlı sualı cavablandırır (Az/Ru)

Ermənistan Baş naziri bu ölkənin Təhlükəsizlik Şurasının Xankəndidə keçirilən iclasında iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Bu barədə nə deyə bilərsiniz?

Onu deyə bilərəm ki, görünür hər bir məsələ öz yerini tapır. Ermənistan Baş naziri ölkəsinin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirirsə, demək ölkəmizin Dağlıq Qarabağ bölgəsinin ermənilərinin danışıqlara cəlb edilməsi cəhdlərinə də ehtiyac qalmır. “Qarabağ erməniliyi” fikrini səsləndirən Baş nazir söz oyununa son qoyaraq, Dağlıq Qarabağda yaşayan ermənilərin “xalq” yox, erməni icması olduğunu dilə gətirir.

Bir daha təkrar edirik ki, münaqişənin həlli üzrə uzun illərdir ki, davam edən danışıqlar prosesinin formatı aydındır və ATƏT-in konsensus qərarı ilə bu məsələ müəyyən edilib; 1992-ci il ATƏT-in Helsinki qərarı ilə ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icması maraqlı tərəf qismində müəyyən olunub.

Münaqişənin həlli üzrə prinsiplərə gəldikdə isə, Minsk Qrupu həmsədrlərinin də son bəyanatında istinad etdikləri ATƏT-in Helsinki Yekun Aktında aydın şəkildə əks olunmuş prinsiplərin hər hansı bir şəkildə yanlış təfsir olunması mümkün deyil. Xatırlatmaq istərdik ki, ATƏT-in 1996-cı il Lissabon zirvə görüşü zamanı ATƏT Minsk Qrupu həmsədrləri tərəfindən irəli sürülən və Ermənistan istisna olmaqla bütün digər ATƏT üzv ölkələri tərəfindən birmənalı şəkildə qəbul olunan Fəaliyyətdə olan Sədrin bəyanatında münaqişənin həlli prinsiplərinə aydınlıq gətirilmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü hər hansı bir şəkildə müzakirə obyekti ola bilməz.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxardılması və bu ərazilərə azərbaycanlı məcburi köçkünlərin geri qayıtması istiqamətində konkret addımların atılmasının vaxtı çoxdan yetişib. Özünün də bəyan etdiyi kimi, Ermənistan xalqının etimadını qazanan və beləliklə də tam mandata sahib olan Baş nazir siyasi iradəsini nümayiş etdirərək bölgəyə sülh, tərəqqi və dayanıqlı inkişafın gətirilməsində nə dərəcədə maraqlı olduğunu aydın şəkildə göstərməlidir. Belə ki, sülhün və əmin-amanlığın təmin olunmasında maraqlı olan tərəf digər dövlətin ərazilərini işğal altında saxlamaz.

***

Пресс-секретарь МИД АР отвечает на вопрос, связанный с участием Премьер-министра Армении в проведенном в Ханкенди заседании Совета безопасности этой страны

 

Премьер-министр Армении посетил оккупированные территории Азербайджана с целью участия в проведенном в Ханкенди заседании Совета безопасности этой страны. Что Вы можете сказать по этому поводу?

Могу сказать, что все наглядно расставляется по своим местам. Если Премьер-министр Армении проводит внеочередное заседание Совета безопасности своей страны в оккупированном азербайджанском городе Ханкенди, то не остается необходимости прилагать усилия для вовлечения армян Нагорно-Карабахского региона нашей страны в переговоры. Премьер-министр, озвучивший идею «карабахского армянства», положил конец словесной игре, заявив, что армяне, проживающие в Нагорном Карабахе, являются не «народом», а армянской общиной.

Вновь повторяем, что формат ведущегося в течение многих лет переговорного процесса по урегулированию конфликта ясен, этот вопрос был определен консенсусным решением ОБСЕ: в Хельсинкском решении ОБСЕ от 1992 года обе общины Нагорно-Карабахского региона нашей страны зафиксированы в качестве заинтересованных сторон.

Что же касается принципов урегулирования конфликта, то невозможно в какой-либо искаженной форме истолковать принципы, четко изложенные в Хельсинкском Заключительном акте ОБСЕ, на который сопредседатели Минской группы ссылаются в своем последнем заявлении. Хотели бы напомнить, что в заявлении Действующего председателя ОБСЕ в ходе Лиссабонского саммита этой Организации в 1996 году, предложенном сопредседателями Минской группы ОБСЕ и единодушно принятым всеми государствами-членами, за исключением Армении, была внесена ясность в принципы урегулирования конфликта. Территориальная целостность Азербайджана в пределах его международно признанных границ никоим образом не может быть предметом обсуждения.

Уже давно настало время для совершения конкретных шагов в направлении вывода вооруженных сил Армении с оккупированных территорий Азербайджана и возвращения на эти территории азербайджанских вынужденных переселенцев. Как заявил сам Премьер-министр, он завоевал доверие народа Армении и, таким образом, стал обладателем полновесного мандата. Теперь же для него самое время, проявив политическую волю, четко продемонстрировать то, в какой мере он заинтересован в принесении в регион мира, прогресса и устойчивого развития. Ведь очевидно, что сторона, заинтересованная в обеспечении мира и спокойствия, не будет оккупировать территории другого государства.

növbəti xəbər əvvəlki xəbər