2019-03-07
No:062/19, Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldini qəbul edib

Bakıda ilk dəfə səfərdə olduğunu qeyd edən Paolo Qrimoldi Azərbaycan haqqında təəssüratları ilə bölüşdü və səfər çərçivəsində keçirilən görüşlərdən məmnunluğunu ifadə etdi. 

Görüşdə Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, turizm və digər sahələrdə münasibətlərin hazırki vəziyyəti müzakirə edildi, xüsusilə enerji sahəsində əməkdaşlığın mövcud əlaqələrin inkişafına yeni təkan verəcəyi qeyd olundu. İkitərəfli əlaqələrin inkişafında Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulandı.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

növbəti xəbər əvvəlki xəbər