2019-01-31
No:014/19, Xarici İşlər Naziriyində geniş tərkibli kollegiya iclası keçirilib

Dünən Azərbaycan Respublikasının Xarici İşlər Naziriyində nazir Elmar Məmmədyarovun rəhbərliyi ilə geniş tərkibli kollegiya iclası keçirilib.

İclasda cari il Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 ilinin qeyd olunması ilə bağlı tədbirlər planı, həmçinin bir sıra digər təşkilati və kadr məsələləri müzakirə edilib.

İclas zamanı, həmçinin XİN-in yeni təyin olunmuş idarə rəisləri kollektivə təqdim olunub.

növbəti xəbər əvvəlki xəbər