2019-01-18
No:007/19, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatı (Az/Ru)

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatı

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin bəzi Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasına dair 18 yanvar 2019-ci il tarixli mətbuat üçün məlumatı ilə tanış olduq və buna cavab olaraq aşağıdakıları bildiririk:

-         Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, ultimativ tərzdə Azərbaycanla danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir.

-         Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti tərəfindən məsələ ilə əlaqədar verilən şərhlərin tərzi Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi açıqlamaya tam adekvat idi.

-         Bir daha bildiririk ki, yalnız 2018-ci il ərzində 880.000 nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycan Respublikasına səfər edib və onların mütləq əksəriyyəti bu səfərdən razı qalıb, göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər.

-         Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başa düşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin, Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır.

Bir daha bildiririk ki, Rusiya XİN Mətbuat xidməti tərəfindən atılacaq addımlara mütənasib olaraq Azərbaycan tərəfindən də adekvat tədbirlərin görülməsi müəyyən ediləcəkdir. 

***

Сообщение Пресс-службы МИД Азербайджанской Республики

Ознакомившись с сообщением для СМИ пресс-службы МИД РФ от 18 января с.г. в связи с недопуском в Азербайджан отдельных граждан России, хотели бы отметить следующее:

-         Азербайджан и Россия являются равноправными суверенными государствами и говорить в ультимативном тоне с Азербайджаном недопустимо  и полностью противоречит этическим нормам дипломатии.

-         Тон комментария пресс-службы МИД АР по данному вопросу был абсолютно адекватен стилю сообщения пресс-службы РФ в этой связи.

-         Еще раз хотели бы напомнить, что только лишь в 2018 году Азербайджан посетили свыше 880,000 граждан РФ, абсолютное большинство которых остались довольны и выразили признательность за гостеприимство.

-         Необъяснимое упорство пресс-службы МИД РФ в данном вопросе трудно понять, оно противоречит основе стратегических отношений между Азербайджаном и Россией. В то же время, такой подход  ни в коей мере не совпадает с демонстрируемой президентами Азербайджана и России волей и проделанной ими работой в развитии отношений между двумя государствами.

Ещё раз хотели бы отметить, что азербайджанская сторона будет предпринимать  адекватные действия в соответствии с дальнейшими шагами пресс-службы МИД РФ.

növbəti xəbər əvvəlki xəbər