2018-12-26
No:337/18, Amerika Birləşmiş Ştatları və Ukrayna vətəndaşı, Harvard Universitetinin Kennedi məktəbinin Avrasiya Təhlükəsizliyi Proqramının direktoru Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair (AZ/RU)  

Amerika Birləşmiş Ştatları və Ukrayna vətəndaşı, Harvard Universitetinin Kennedi məktəbinin Avrasiya Təhlükəsizliyi Proqramının direktoru Sergey Konoplyov Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Məktubunda Sergey Konoplyov Azərbaycanın razılığı olmadan 2012-ci ildə işğal olunmuş Azərbaycan ərazilərinə səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazır. O, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini və bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı hörmətsizlik anlamı daşımadığını vurğulayır.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək,  Sergey Konoplyov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edir.

O,  işğal olunmuş ərazilərə qanunsuz səfəri ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini və  gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayır.

Həmçinin Sergey Konoplyov gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edir.  

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. 

----------

Об исключении имени гражданина Соединённых Штатов Америки и Украины, директора Программы евразийской безопасности Школы Кеннеди Гарвардского университета Сергея Коноплёва из списка нежелательных лиц

Гражданин Соединённых Штатов Америки и Украины, директор Программы евразийской безопасности Школы Кеннеди Гарвардского университета Сергей Коноплёв, направив соответствующее письмо в Министерство иностранных дел, обратился с просьбой об исключении его имени из «Списка иностранцев, незаконно посетивших оккупированные территории Азербайджанской Республики».

В своём письме Сергей Коноплёв сообщил о том, что не обладал информацией о последствиях, которые повлечёт посещение им оккупированных территорий Азербайджана в 2012 году без согласия на то законных властей страны. Он подчеркнул, что с уважением относится к территориальной целостности Азербайджанской Республики в рамках её международно признанных границ, суверенитету и законам страны, а также то, что данный визит ни в коем случае не должен толковаться как проявление неуважения к Азербайджанской Республике и её народу.

Выражая сожаление по поводу своей поездки, Сергей Коноплёв огласил позицию относительно того, что его визит на оккупированные Арменией территории Азербайджана никоим образом не служил пропаганде созданного там марионеточного режима.

Он также особо отметил, что просит прощения у правительства и народа Азербайджана в связи с данным незаконным посещением и в дальнейшем не будет совершать поездки на оккупированные территории Азербайджана.

Также Сергей Коноплёв попросил разрешить ему посетить нашу страну в будущем.

После рассмотрения его обращения в установленном порядке было принято решение удалить имя данного гражданина из списка нежелательных лиц.





növbəti xəbər əvvəlki xəbər