2018-12-13
No:329/18, Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barronu qəbul etdi.

Görüş zamanı 2018-ci ilin 14-15 dekabr tarixlərində Azərbaycanda keçiriləcək Gənc Parlamentarilərin V qlobal konfransının təşkili ilə bağlı fikir mübadiləsi aparıldı.

Sözügedən tədbirlə bağlı təşkilatçılıq işlərinin cari vəziyyətindən məmnunluğunu bildirən Q.K.Barron qlobal konfransın yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirdi.

Tərəflər bu konfransın Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə ümidvar olduqlarını vurğuladılar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər