2018-12-13
No:327/18, Xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etdi.

 

Görüşdə Azərbaycan və Braziliya arasında mövcud olan ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıldı, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulandı.

 

Səfir Santyaqo Luis Bento Fernandes Alkasar fəaliyyət müddəti ərzində Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirdi.


Nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Səfir Santyaqo Luis Bento Fernandes Alkasara təşəkkür etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

 

növbəti xəbər əvvəlki xəbər