2018-11-02
No:292/18, Nazir Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Kim Çanq Gyunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Nazir Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Kim Çanq Gyunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Tərəflər görüşdə Azərbaycan və Koreya Respublikası arasında siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrin inkişafından məmnunluqla danışıb və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. 

Səfir Kim Çanq Gyu diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə vurğuladı və bu xüsusda öz təşəkkürünü ifadə etdi.

Nazir Elmar Məmmədyarov səfir Kim Çanq Gyuya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu etdi.

 

növbəti xəbər əvvəlki xəbər