2018-10-26
No:277/18, Xarici işlər nazirinin müavini Ramiz Həsənov Filippin Respublikası xarici işlər katibinin müavini Ernesto Korpuz Abella ilə görüşüb
Görüş zamanı iki ölkə arasındakı əlaqələrin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparan tərəflər Azərbaycan-Filippin münasibətlərinin inkişafı üçün geniş potensialın olduğunu vurğuladılar və bu xüsusda qarşılıqlı səfər mübadiləsinin əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcəyinə əminliklərini bildirdilər.
 
Görüş zamanı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji, infrastruktur və logistika layihələri haqqında məlumat verildi.
 
Görüşdə iki ölkə arasında humanitar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq, eləcə də müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunuldu.
 
Həmçinin, görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərə ətrafında müzakirələr aparıldı.
 
Görüşün sonunda xarici işlər nazirinin müavini Ramiz Həsənov Filippin Respublikasının xarici işlər katibinin müavini Ernesto Korpuz Abella "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Filippin Respublikası Xarici İşlər Departamenti arasında siyasi məsləhətləşmələr müxanizminin yaradılması haqqında Protokol"u imzaladılar.
 
 
növbəti xəbər əvvəlki xəbər