2018-10-03
No:249/18, Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyənin Naxçıvan şəhərinə təyin edilmiş yeni baş konsulunu qəbul edib
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyə Respublikasının Naxçıvan şəhərinə təyin edilmiş yeni baş konsulu Mehmet Emin Kirazı qəbul etdi. 
 
Görüş əsnasında Mehmet Emin Kiraz baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim etdi. 
 
Pərvin Mirzəzadə baş konsul Mehmet Emin Kiraza  gələcək fəaliyyətində uğurlar arzu etdi.
 
Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparıldı.
növbəti xəbər əvvəlki xəbər