2018-09-27
No:234/18, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü

26 sentyabr tarixində Nyu-Yorkda xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron ilə görüşdü.

Görüş zamanı tərəflər Azərbaycan ilə Parlamentlərarası İttifaq arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymərləndirdilər və 2018-ci ilin dekabr ayında Bakıda keçiriləcək Gənc Parlamentarilərin V qlobal konfransının əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əminliklərini ifadə etdilər.

Həmçinin, tərəflər Bakı Beynəlxalq Humanitar Forumun  fikir mübadiləsi və müzakirələr aparmaq baxımından əhəmiyyətini vurğuladılar.

Görüş zamanı gündəlikdə olan bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər