2018-09-26
No:222/18, Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa Xarici Fəaliyyət Xidmətinin Baş Katibi Helqa Şmid ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Avropa Xarici Fəaliyyət Xidmətinin Baş Katibi Helqa Şmit ilə görüşüb.

Tərəflər Aİ-Azərbaycan tərəfdaşlıq münasibətləri, Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi regional enerji və nəqliyyat layihələri üzrə geniş fikir mübadiləsi aparıb, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyası üzrə maraq doğuran məsələləri müzakirə ediblər.

Foto Azərtac ©


növbəti xəbər əvvəlki xəbər