2018-09-26
No:221/18, Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Sent Vinsent və Qrenadin, eləcə də Antiqua və Barbudadan olan həmkarları ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Sent Vinsent və Qrenadinin Baş Nazirinin müavini, Xarici İşlər və Ticarət Naziri Luis Hilton Straker və Antiqua və Barbudanın xarici işlər, beynəlxalq ticarət və immiqrasiya naziri Everli Paul Çet Qrin ilə görüşüb.
 
Tərəflər ikitərəfli əməkdaşlıq, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Fotolar Azərtac ©

növbəti xəbər əvvəlki xəbər