2018-08-31
No:189/18, Azərbaycanın Qubadlı rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlaması / Заявление руководителя Пресс-службы МИД Хикмета Гаджиева в связи с 25-ой годовщиной оккупации Губадлинского района Азербайджана

31 avqust 1993-cü il tarixində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.  

Ərazisi 802 kv. km və 1993-cü il üçün əhalisi 30 minə yaxın olan, 1 şəhər və 93 kənddən ibarət Qubadlı rayonunun işğalı zamanı 192 nəfər soydaşımız şəhid olub, 238 nəfər yaralanıb, 49 nəfər isə girov götürülərək işgəncələrə məruz qalıb. İşğalçılar tərəfindən rayon sakinlərinə qarşı kütləvi etnik təmizləmə həyata keşirilib, dövlət və özəl mülkiyyət obyektləri talan edilib. Onların arasında 7278 fərdi ev və mənzil, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, o cümlədən 3 muzey və 50-dən artıq tarixi abidə var idi. Hal-hazırda Qubadlı rayonunun təqribən 41 minlik əhalisi əsasən Sumqayıt şəhəri olmaqla, Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır.

Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Qubadlı rayonu ərazisində də Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların arasında son tunc - erkən dəmir dövrünə aid Qubadlı şəhərinin qədim hissəsində yaşayış məkanı, Əliquluuşağı kəndindəki iki qala və Muradxanlı kəndindəki qala, Başarat kəndindəki Orta əsrlərə aid Qafqaz alban məbədi, Qayalı kəndinə yaxın Yazı düzündəki XIV əsrə aid qəbristanlıq və Cavanşir türbəsi, Dəmirçilər kəndindəki XIII-XIV əsrlərə aid iki türbə, müxtəlif kəndlərdə olan çoxlu sayda məscidlər, Qubadlı Tarix müzeyində saxlanılmış 3 min eksponat və sair abidələr dağıntılara və talana məruz qalıb.

Ermənistan Respublikası Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Qubadlı rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və erməni əsilli şəxslərin məskunlaşmasına yönəldilən cəhdlər kimi qeyri-qanuni əməllərini davam etdirir. Bu baxımdan Tufenkyan Fondu tərəfindən Suriyadan olan ermənilərin Qubadlı rayonunun Xanlıq kəndində yerləşdirilməsi buna bariz misaldır.  

BMT Təhlükəsizlik Şurasının Qubadlının işğalından sonra qəbul edilmiş 874 (1993) və 884 (1993) saylı qətnamələrində Azərbaycan Respublikası ərazilərinin işğalı kəskin şəkildə pislənilib və Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub. Hər iki qətnamədə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) qətnamələrinin icrası məqsədilə təxirəsalınmaz addımlara dair uyğunlaşdırılmış vaxt cədvəli”nə müvafiq olaraq işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılması tələb olunub. Lakin Ermənistan bu günədək həmin tələblərə əməl etməkdən yayınır.

Hərçənd ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər. 

Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır.

-----

31 августа 1993 года в ходе продолжающейся военной агрессии Республики Армения против Азербайджанской Республики вооружёнными силами Армении был оккупирован Губадлинский район, находящийся вне пределов бывшей Нагорно-Карабахской автономной области Азербайджана.

В ходе оккупации включавшего 1 город и 93 села Губадлинского площадью 802 кв. км с населением на 1993 г. около 30 тысяч человек, 192 его жителя были убиты, 238 – ранены, а 49 оказались захвачены в заложники и подверглись пыткам. Оккупантами была совершена сплошная этническая чистка жителей района, а располагавшиеся там объекты государственной и частной собственности были подвергнуты разорению. В их числе 7278 частных домов и квартир, 64 административных здания, 148 социальных объектов, 161 объект культурной инфраструктуры, в том числе 3 музея и более 50 исторических памятников. Ныне порядка 41 тысячи жителей Губадлинского района размещаются в Сумгайыте и других регионах Азербайджана в качестве вынужденных переселенцев.

Как и на других оккупированных территориях, в Губадлинском районе со стороны Армении проводятся разорение, фальсификация, акты вандализма и изменения характерных черт облика материального культурно-исторического наследия азербайджанского народа. В этом ряду можно отметить относящиеся к эпохе Поздней Бронзы – Раннего Железа археологические объекты следов поселения в старой части города Губадлы, две цитадели в селе Алигулуушагы и одну цитадель в селе Мурадханлы, средневековый кавказско-албанский храм в селе Башарат, кладбище XIV века и усыпальницу Джаваншира на равнине Язы-дюзю близ села Гайалы, два мавзолея XIII-XIV веков в селе Дамирчиляр, множество мечетей в разных сёлах, Губадлинский Музей истории с 3 тысячами экспонатов и другие памятники подвергались разрушению и грабежам.

Республика Армения, грубо нарушая обязательства, налагаемые на неё  Женевскими конвенциями, продолжает совершать такие незаконные действия как изменение географических названий в Губадлинском районе, разграбление находящегося там имущества и попытки размещения лиц армянского происхождения. В этой связи показателен пример водворения усилиями Фонда Туфенкяна армянских беженцев из Сирии в селе Ханлыг Губадлинского района.

В резолюциях 874 (1993) и 884 (1993), принятых Советом Безопасности ООН после захвата Губадлы, была решительно осуждена оккупация территорий Азербайджанской Республики и выражена серьёзная обеспокоенность в связи с гуманитарной катастрофой вдоль южных границ Азербайджана и изгнанием большого числа мирных жителей с мест их постоянного проживания. В обеих резолюциях содержалось требование вывода в одностороннем порядке оккупационных сил с оккупированных территорий Азербайджана в соответствии с «Обновлённым графиком неотложных мер по осуществлению резолюций 822 (1993) и 853 (1993) Совета Безопасности». Однако Армения до сих пор уклоняется от исполнения этих требований.

Но оккупация азербайджанских территорий никогда не может привести к преследуемым Арменией политическим результатам. Только вывод вооружённых сил Армении с оккупированных территорий Азербайджана и изменение основанного на оккупации статус-кво могут открыть возможности для политического урегулирования конфликта, всестороннего регионального сотрудничества и внести вклад в обеспечение устойчивого мира.

Азербайджанская сторона, поддерживая интенсификацию международных усилий по скорейшему урегулированию конфликта, сохраняет за собой право восстановить свою территориальную целостность, суверенитет в пределах международно признанных границ и попранные права своих граждан.


növbəti xəbər əvvəlki xəbər