2018-08-30
No:188/18, Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Xarici ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədri, partiya komitəsinin katibi xanım Li Syaolini qəbul etdi
Azərbaycanda olmasından məmnunluğunu bildirən xanım Li Syaoli səmimi qonaqpərvərliyə görə öz təşəkkürünü bildirdi.
 
Görüş zamanı iki ölkə arasında əməkdaşlığın  inkişafından məmnunluğunu ifadə edən tərəflər Heydər Əliyev Fondu ilə sözügedən qurum arasında imzalanmış dostluq və əməkdaşlıq haqda memorandumun humanitar və mədəni sahədə əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyinə əminliklərini ifadə etdilər. Habelə, tərəflər mədəniyyət, gənclər və turizm sahəsində layihələrinin xalqlar arasında təmasların daha da yaxınlaşmasına xidmət edəcəyini xüsusilə qeyd etdilər.
 
Nazir Elmar Məmmədyarov Azərbaycan və Çinin beynəlxalq arenada bir-birinin ərazi bütövlüyü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğuladı. Həmçinin, nazir Elmar Məmmədyarov Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsinin regionun iqtisadi inkişafı üçün geniş imkanlar açdığını və sözügedən layihənin reallaşmasının ticarət dövriyyəsinin artımına töhfə verəcəyini qeyd etdi.
 
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edildi.

növbəti xəbər əvvəlki xəbər