2018-08-17
No:183/18, Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın Azərbaycan Respublikasındakı səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Görüş zamanı iki ölkə arasındakı siyasi dialoq və əməkdaşlıqdan məmnunluq ifadə olundu, enerji və iqtisadi sahədə əlaqələrin inkişafında əldə olunan irəliləyişlər xüsusilə qeyd olundu.

Nazir Elmar Məmmədyarov Səfirin ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini nəzərə çatdırdı.  

Səfir Dato Roslan Tan Sri Abdul Rəhman diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğuladı.

Nazir Elmar Məmmədyarov səfir Dato Roslan Tan Sri Abdul Rəhmana gələcək fəaliyyətində uğurlar arzu etdi.



növbəti xəbər əvvəlki xəbər