2018-06-28
No:157/18, Xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycandakı səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycandakı səfiri Bard İvar Svendseni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Görüş zamanı enerji sahəsində ölkələrimiz arasında etibarlı tərəfdaşlıq yüksək qiymətləndirildi.

Səfir Bard İvar Svendsen diplomatik fəaliyyətinin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycan Respublikasına təşəkkür etdi. Elmar Məmmədyarov Bard İvar Svendsenə gələcək diplomatik fəaliyyətində uğurlar arzuladı.


növbəti xəbər əvvəlki xəbər