2018-06-08
No:148/18, Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib
Görüşdə səfir Mixail Boçarnikov etimadnəməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov səfiri təyinatı münasibətilə təbrik etdi və ona diplomatik fəaliyyətində uğurlar arzuladı.

Səfir Mixail Boçarnikov Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Görüş zamanı Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə olundu. Siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirildi. İkitərəfli əməkdaşlığın inkişafında regionlararası əməkdaşlığın xüsusi rol oynadığı qeyd olundu.

Söhbət əsnasında həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xəzər dənizinin hüquqi statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.




növbəti xəbər əvvəlki xəbər