2018-06-06
No:143/18, Xarici işlər naziri Elmar Məmmədyarov Serbiya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Görüş zamanı Azərbaycan və Serbiya arasındakı əməkdaşlığın cari inkişaf səviyyəsindən və yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə olundu.

Nazir Elmar Məmmədyarov səfir Neboyşa Rodiçin ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi səylərini yüksək qiymətləndirdi və onun səfir kimi fəaliyyəti dövründə Serbiyanın dövlət və hökumət başçıları, digər rəsmi şəxsləri və parlament nümayəndə heyətlərinin Azərbaycana olan intensiv səfərlərini xüsusilə qeyd etdi.

Səfir Neboyşa Rodiç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi və Azərbaycan və Serbiya arasında tərəfdaşlığın inkişafı üçün səylərini əsirgəmədiyini vurğuladı.

Nazir Elmar Məmmədyarov səfir Neboyşa Rodiçə gələcək fəaliyyətində uğurlar arzu etdi.


növbəti xəbər əvvəlki xəbər