2018-04-06
No:089/18, Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatı xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Çad Respublikasının xarici işlər və Afrika inteqrasiyası naziri Mahamat Zene Cherifi qəbul edib

Çadlı nazir ölkəmizdə olmasından məmnunluğunu bildirdi və Qoşulmama hərəkatı xarici işlər nazirlərinin iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən Çadda bir sıra layihələrin həyata keçirildiyini bildirən tərəflər ikitərəfli münasibətlərin inkişafı məqsədilə müqavilə-hüquq bazasının yaradılmasının əhəmiyyətini qeyd etdilər. 

Görüş zamanı həmçinin elm, təhsil və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları məsələləri nəzərdən keçirildi.


növbəti xəbər əvvəlki xəbər