2018-04-06
No:088/18, Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatı xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Qabon Respublikasının xarici işlər naziri  Noel Nelson Messoneni qəbul edib

Qabonlu nazir ölkəmizdə olmasından məmnunluğunu bildirdi və Qoşulmama hərəkatı xarici işlər nazirlərinin iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi.

Ölkələr arasında münasibətlərin dərinləşdirilməsi məqsədilə nazirlər qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlərin və xarici işlər nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələrin vacibliyini vurğuladılar.

Nazir Elmar Məmmədyarov ölkəmizin Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etdiyi barədə məlumat verdi. 

Görüş zamanı həmçinin, iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirildi. 

Görüş zamanı Afrika İttifaqı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə neft-qaz, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə edildi.


növbəti xəbər əvvəlki xəbər