2018-04-05
No:084/18, Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Toqonun xarici işlər naziri Robert Dusseyi qəbul edib

Ölkəmizdə olmasından məmnunluğunu bildirən toqolu nazir Qoşulmama Hərəkatının  Bakı nazirlər iclasının yüksək səviyyədə təşkilini xüsusilə qeyd etdi.

Nazirlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi apardılar. Bu xüsusda Azərbaycan və Toqo arasında iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsi yolları müzakirə olundu. Nazirlər biznes forumlarının keçirilməsinin ticarət dövriyyəsinin artmasına töhfə verəcəyinə əminliklərini ifafə etdilər.

Nazir Elmar Məmmədyarov Azərbaycanın QH ölkələri üçün xüsusi təhsil təqaüdü ayırdığını qeyd edərək Toqanun da bundan faydalana biləcəyini xüsusilə dedi. Nazir Elmar Məmmədyarov ölkəmizin Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etdiyi barədə məlumat verdi. 

Görüşdə Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığı məsələləri də nəzərdən keçirildi. 

Görüş zamanı habelə, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.


növbəti xəbər əvvəlki xəbər