2018-04-05
No:081/18, Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Krnadakı qəbul edib
İ.Krnadak Azərbaycan Hökumətinə Qoşulmama Hərəkatı Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirdi.

Görüşdə nazirlər Azərbaycan və Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə etdilər, həmçinin əməkdaşlığın perspektivləri barəsində fikir mübadiləsi apardılar. 

İkitərəfli formatda uğurlu münasibətlərin çoxtərəfli platformada da davam etdirilməsinin vacibliyini vurğuladılar. Bu xüsusda, E.Məmmədyarov Azərbaycan tərəfindən Bakının EXPO-2025-ə namizədliyinin irəli sürüldüyünü qeyd etdi. 

Görüşdə həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər