2018-03-02
No:054/18, Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana rəsmi səfər edəcək
Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita 5 mart tarixində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.

Səfər çərçivəsində nazir Nasser Bouritanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclası keçiriləcəkdir.

Səfər əsnasında Azərbaycan və Mərakeş xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcəkdir.

Mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 5 mart tarixində saat 11:00-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.
növbəti xəbər əvvəlki xəbər