2018-02-14
No: 029/18, Argentina Respublikasının vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Xuan Manuyel Domingezin adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair (AZ/RU)
Argentina Respublikasının vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Xuan Manuyel Domingez, Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Məktubunda Xuan Manuyel Domingez 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Xuan Manuyel Domingez Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu qeyd edib.

Xuan Manuyel Domingez həmçinin, “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.

Xuan Manuyel Domingezin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

---

Об исключении гражданина Аргентинской Республики Хуан Мануэля Домингеза, участника проекта «Музыка за мир» из «Списка лиц, незаконно посетивших оккупированные территории Азербайджанской Республики»

Гражданин Аргентины, участник проекта «Музыка за мир» Хуан Мануэль Домингез направил письмо в Министерство Иностранных Дел с просьбой исключить его имя из «Списка лиц, незаконно посетивших оккупированные территории Азербайджанской Республики»

В своем письме Хуан Мануэль Домингез отмечает, что в 2015 году он отправился в Нагорный Карабах в рамках проекта «Музыка за мир», не зная о запрете на выезд в эту область без согласия правительства Азербайджана, а также о вытекающих последствиях этого шага. Он подчеркнул, что этот визит не означал проявление неуважения к Азербайджанской Республике и ее народу.

Подтверждая свое полное уважение к законам Азербайджанской Республики, Хуан Мануэль Домингез извинился перед правительством и народом Азербайджана за свой визит на оккупированные территории Азербайджана.

Ему стало также известно, что в результате нагорно-карабахского конфликта более одного миллиона азербайджанцев стали беженцами и вынужденно переселенными лицами, и более двадцати тысяч человек погибли.

Хуан Мануэль Домингез выразил намерение посетить Баку, и в особенности село Джоджуг Мерджанлы в рамках проекта «Музыка за мир», чтобы организовывать мастер-классы и выступать с благотворительными концертными программами для азербайджанских беженцев и вынужденных переселенцев.

Обращение Хуан Мануэля Домингеза было надлежащим образом рассмотрено и было принято решение исключить его имя из черного списка МИД Азербайджана.
növbəti xəbər əvvəlki xəbər