2017-12-18
No:362/17, Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı, Avropada mühafizəkarlar və islahatçılar Alyansının prezidenti Yan Zahradili qəbul edib
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişaf perspektivləri, Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin nəticələri, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Avropa Parlamenti ilə əlaqələr mövzusunda müzakirələr aparıldı.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş üzrə aparılan danışıqlar prosesi barəsində danışaraq, bu sənədin ikitərəfli əlaqələrin hərtərəfli inkişafı üçün mühüm zəmin yaradacağına əminliyini ifadə etdi.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər