2017-12-06
No:355/17, Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Vyanaya işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Elmar Mammadyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcəkdir.

ATƏT-in Nazirlər Şurasının iclasında nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
növbəti xəbər əvvəlki xəbər