2017-11-27
No:338/17, Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Azərbaycana səfər edəcək
Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz 28-29 noyabr tarixlərində Azərbaycan Respublikasında səfərdə olacaqdır.

Səfər çərçivəsində nazir Manuel Gonzalez Sanzın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü, eyni zamanda Kosta Rika Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.

Mətbuat konfransı nəzərdə tutulmayıb.
növbəti xəbər əvvəlki xəbər