2017-10-02
No:278/17, Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avstriyadakı fəxri konsulları Helmut Mantsenrayter və Andreas Köniqsberqeri qəbul edib
Nazir Elmar Məmmədyarov Helmut Mantsenrayter və Andreas Köniqsberqeri fəxri konsul qismində fəaliyyətə başlamaları münasibətilə təbrik etdi və həmsöhbətlərə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları, ölkəmizdə aparılan köklü iqtisadi islahatlar barədə məlumat verdi.

Görüşdə Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı.

H.Mantsenrayter və A.Köniqsberqeri fəaliyyətləri dövründə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, Avstriya şirkətlərinin və sərmayəsinin Azərbaycana cəlb edilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirdilər.
növbəti xəbər əvvəlki xəbər