2017-07-05
No:182/17, Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib

Görüşdə səfir Mekan İşanquliyev etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Səfir Mekan İşanquliyev ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov səfir Mekan İşanquliyevə diplomatik fəaliyyətində  uğurlar arzu etdi.

1-DSC_3117

1-DSC_3122

növbəti xəbər əvvəlki xəbər
AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ