2017-06-16
No:172/17, Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb

Görüşdə Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıldı. Martin Çunqonq təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi.

Nazir Elmar Məmmədyarov bu səfərin ikitərəfli əlaqələrə mühüm töhfə verəcəyinə əminlik ifadə etdi.

Görüşdə Azərbaycanın MDB, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə uğurlu əməkdaşlığı qeyd edildi və müasir dövrdə parlament diplomatiyasının rolu xüsusi vurğulandı.

Nazir Elmar Məmmədyarov belə səfərlərin, xüsusən intensiv görüşlərin və fikir mübadiləsinin aparılmasının daha sıx əməkdaşlıq üçün əhəmiyyətli vasitə olduğunu dedi.

növbəti xəbər əvvəlki xəbər
AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ