2017-06-07
No:157/17, Xarici işlər nazirinin müavini Xələf Xələfov Polşaya səfər edib

5-6 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə ölkəmizin iqtisadiyyat, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi, kənd təsərrüfatı və dəmir yolu sahələri üzrə səlahiyyətli dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Polşa Respublikasında səfərdə olub.

Səfər zamanı X. Xələfovun Polşa Respublikası Prezidenti Administrasiyasının dövlət katibi, Prezident kabinetinin rəhbəri Kşıştof Şçerski və xarici işlər nazirinin müavini Bartoş Çıxotski ilə görüşləri olub. Görüşlərdə ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda, nümayəndə heyəti üzvlərinin Polşa Respublikasının müvafiq qurumlarında görüşləri keçirilib.

Görüşlərdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov da iştirak edib.

növbəti xəbər əvvəlki xəbər

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ