2017-05-05
No: 130/17, Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Nayrobi şəhərindəki bölməsinin baş direktoru Sahle Vork Zevdeninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə Azərbaycan və BMT arasında əlaqələrin inkişaf səviyyəsi, həmçinin BMT-nin ofisləri ilə əməkdaşlıq yüksək qiymətləndirildi.

Sahle Vork Zevde Mədəniyyətlərarası Dialoq üzrə IV Baku Forumuna yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycan Hökumətinə təşəkkürünü ifadə edərək, Forum çərçivəsində keçirilmiş görüşlərin Azərbaycanla BMT-nın Nayrobi ofisi arasında əməkdaşlıq üçün yeni istiqamətlər müəyyən etdiyini bildirdi.

O, həmçinin son illər ərzində Azərbaycanda ətraf mühit sahəsində görülmüş işlərin təqdirılayiq olduğunu qeyd edərək, BMT-in cari ilin dekabr ayında keçiriləcək Ətraf Mühit Assambleyasında Azərbaycanın iştirakının arzu edildiyini diqqətə çatdırdı.

Görüşdə həmçinin ümumilikdə Afrika qitəsinin Azərbaycan üçün yeni imkanlar vəd edən bir region olduğu və iqtisadiyyat, ticarət sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər olduğu qeyd edildi.

Tərəflər BMT-nin struktur islahatlar ilə yanaşı, qlobal məsələlər və çoxtərəfli diplomatiyanın əhəmiyyəti barəsində geniş fikir mübadiləsi apardı.

növbəti xəbər əvvəlki xəbər
AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ