2017-04-27
No: 117/17, Xarici İşlər Nazirliyi və İslam İnkişaf Bankının birgə seminarı haqqında Mətbuat xidmətinin məlumatı

27-28 aprel 2017-ci il tarixində Bakı şəhərində “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi” mövzusunda İslam İnkişaf Bankının və Xarici İşlər Nazirliyinin iki günlük birgə seminarı keçirilir.

Seminarın birinci günü ticarət mövzuları müzakirə edilib. Bu sıraya ÜTT-nin tarixi və funksiyaları, ÜTT əsas sazişləri, Azərbaycanın ÜTT-yə üzv olması prosesinin hazırkı vəziyyəti və dövlətlərin ÜTT üzv olmaqda əsas məqsədləri daxildir.

İkinci gün seminar iştirakçıları ÜTT-yə üzv olmaqla bağlı danışıqlar aparan qrupun üzvləri olacaqdır. Bu xüsusda müzakirə ediləcək əsas məsələlər hazırda danışıqlar mövzusu olan kənd təsərrüfatı, ticarətin asanlaşdırılması, sanitar və fitosanitar tədbirlər, ticarətə texniki maneələr, xidmətlər sahəsində tədbiq edilən tənzimləyici qaydalar, ÜTT çərçivəsində enerji məsələləri və digər məqamlar olacaqdır.

Seminarda müvafiq dövlət qurumlarından əlliyə yaxın dövlət qulluqçusu iştirak edir.

növbəti xəbər əvvəlki xəbər

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ